Cəmiyyət

Gündəmi zəbt edən “müalicəvi qolbaqlar” həqiqətən şəkər və təzyiqi salır? - AÇIQLAMA

25 May 2026 17:44
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə şəkər təzyiq salan qolbaq elanları var. 

Milli.Az xəbər verir ki, satış edən şəxsin sözlərinə görə, həmin qolbaq insan səhhətində bəzi problemlərin baş verməsinin qarşısını alır. Bu qolbağın isə qiyməti nə az, nə çox 170 manatdır. 

Satıcılar iddia edir ki, bu bilərzik dərmansız sağlamlığımızı normada saxlaya bilir. Vətəndaşlar arasında bu məhsulların reallığına inananlar da var, inanmayanlar da. 

Bəs doğurdan da bu qolbaqlar effektivdir? 

Məsələ ilə bağlı həkim Adil Qeybulla bildirib ki, şəkərli diabet və yüksək təzyiq kimi xəstəliklər daimi nəzarət tələb edir:

"Müalicəsi labarator nəticələri və həkim məsləhəti ilə müəyyən edilir. Heç bir qolbaq bu xəstəlikləri tənzim edə bilməz. Bunlar hamısı propanasiyalardır. İnternet üzərindən təbliğ olunan dərmanlar və ya bu cür vasitələrə əhali inanmamalıdır". 

Qeyd edək ki, sağlamlıqla bağlı qərarlar sosial şəbəkələrdə olan reklamlarla deyil, həkim məsləhəti ilə müəyyən edilməlidir. 

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.