Cəmiyyət

“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO

25 May 2026 00:08
Baxış: 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İmişlinin Qaragüvəndikli kəndində yaşayan Talıbovlar ailəsində 8 uşaq böyüyür.

Milli.Az xəbər verir ki, onlardan ən böyüyünün 15 yaşı var, ən kiçiyi isə 9 aylıqdır.

16 ilik evlilikdən dünyaya gələn bu uşaqlardan 7-si artıq məktəblidir:

"Əyin-başlarına, dərslərinə vaxtı-vaxtında baxıram. Başa salıram ki, oxumaq lazımdır. O biri uşaqlardan geri qalmasınlar", - ailənin atası deyir.

Ailənin başçısı deyir ki, 1 ay ərzində ən azı 1000 manat xərcləri çıxır. Dövlətdən 1120 AZN sosial yardım da alırlar:

"Pambıq əkirəm, bir də sosial yardımla təmin edirəm ki, qoy o biri uşaqlardan geri qalmasınlar".

8 uşağın valideyni olmaq çox çətin olsa da, ailə bu çətinlikdən narazı olmadığını bildirir:

"Onlar güldükcə istəyirsən, sən də güləsən. Ağlayanda da həmçinin. Övladım üçün əlləşib-vuruşuram. İstəyirəm ki, balalarım heç kimin əlinə baxıb pis olmasın. Gücüm çatanı edirəm ki, balam böyüsün, oxusun və gələcəyi olsun.

Daha ətraflı İTV-nin reportajında:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.