Mədəniyyət

Gülnarə Xəlilovanın əsərlərində Azərbaycan mədəni irsi Türkiyədə Fashion Week Cappadocia-da qonaqlarını valeh edib - VİDEO - FOTO

13 Avqust 2024 14:23
Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dizayner Gülnarə Xəlilovanın əsərlərində qədim Azərbaycan mədəni irsi Kapadokya Moda və Mədəniyyət Həftəsi çərçivəsində AFWEU Fashion Week Cappadocia-da (təşkilatçı Aydın Açık) təqdim edilib.

Qonaqlara 30dan artıq beynəlxalq dizayner kolleksiyaları təqdim olunub. Gülnarə Xəlilovanın orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək işlərini əks etdirən iki kolleksiyası "Miniatür" и "Cizgi"qonaqların xüsusi marağına səbəb olmuş və alqışlarla qarşılanmışdır.

Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, "Cizgi" brendinin sahibi. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.