“Böyük Qayıdış: Qarabağ” filmi nümayiş edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində Qarabağa qayıdışı və bu bölgədə həyatın yenidən canlanmasını, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini təsvir edən "Böyük Qayıdış: Qarabağ" sənədli filmi nümayiş etdirilib.
Milli.Az xəbər verir ki, əvvəlcə filmin müəllifi, "TRT Vorld"un jurnalisti Oubai Şahbandar çıxış edərək ekran əsəri barədə məlumat verib. Bildirib ki, filmin ərsəyə gəlməsində əsas məqsəd yalnız münaqişənin tarixi və siyasi tərəflərini deyil, insanların ədalətli mübarizələrini və fərdi hekayələrini vurğulamaq, onların ən çətin şəraitdə belə ümid və nikbinliklə yaşamağa davam etdiklərini nümayiş etdirmək idi.
Həmmüəllif Adnan Hüseyn sənədli filmində Azərbaycan vətəndaşlarının gücünü və mübariz ruhunu göstərməyə çalışdıqlarını qeyd edib. O, həmçinin vurğulayıb ki, 30 illik işğala 44 günlük Vətən müharibəsi ilə son qoyan Azərbaycan bu gün Qarabağ bölgəsində inamlı Böyük Qayıdış proqramına start verib. Doğma yurdlarından vaxtilə didərgin düşən məcburi köçkünlər evlərinə geri dönür, kənd və şəhərlər müasir üslubda bərpa edilir, Qarabağda əsl yenilənmə prosesi gedir.
Sonra film təqdim olunub.
Ekran əsərində Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Qarabağın işğalı zamanı aparılan məqsədyönlü dağıdılma, mədəni irsin məhvi nəticəsində yerlə-yeksan edilən şəhərlərin indi - 30 illik işğaldan sonra canlanma prosesi, hazırda dirçəlməkdə olan Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilana geri dönən yerli sakinlərin təəssüratları, rəsmi şəxslərin, ekofəalların görülən işlər barədə fikirləri əksini tapıb. Filmin yekununda isə Qarabağa geri dönən insanların gələcəyə böyük ümidlə baxdığı, həyatlarını doğma torpaqlarında şövqlə davam etdirdikləri təsvir olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
XƏBƏR LENTİ
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı





