Mədəniyyət

Anar 86 yaşında - VİDEO

14 Mart 2024 17:22
Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin 86 yaşı tamam olur.

Yazıçı 14 mart 1938-ci ildə Bakıda anadan olub. O, 1955-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Həmin ildə orta məktəbi 10 il birgə oxuduğu gələcək həyat yoldaşı Zemfira Səfərova isə konservatoriyaya qəbul olur. Lakin onların yolları ayrılmır. Cütlük 1962-ci ildə evlənir.

A. Rzayev 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Ssenarist 12 bədii filmin və 10-dan artıq sənədli filmin müəllifidir. 

"Ağ liman", "Dantenin yubileyi", "Macal" povestlərinin, "Gün keçdi", "Təhminə" "Dəniz", "Gecə işıqları", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi" "Dədə Qorqud" və s. kimi filmlərin ssenaristidir. 

O, həmçinin "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Kərəm kimi" "Söz dünyası" və s. romanların müəllifidir. 

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də 60 yaşı münasibətilə ölkənin ən yüksək mükafatı - "İstiqlal" ordeni ilə təltif edilib. Elə həmin ildə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

2023-cü ildə isə Prezident İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Miilli.Az bildirir ki, bu məqamda "Qafqazinfo"nun Anarla bağlı hazırladığı videomaterialı təqdim edirik: 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.