Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrı Ağdam Dövlət Dram Teatrında "İnanıram" monotamaşası ilə çıxış edəcək - FOTO

7 Noyabr 2023 16:18
Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də  davam etdirir.

Bu çərçivədə, eləcə də Mədəniyyət Nazirliyinin Zəfər günü münasibəti ilə təşkil etdiyi "Zəfər" Musiqi və Teatr Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, "İRƏLİ" İctimai Birliyinin tərəfdaşlığı ilə noyabrın 8-də Ağdam Dövlət Dram Teatrında (müvəqqəti olaraq Quzanlı qəsəbəsinin Mədəniyyət Mərkəzində yerləşir)  "İnanıram" monotamaşası ilə çıxış edəcək.

Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin rejissoru Elşad Rəhimzadədir. Tamaşada ana rolunu aktrisa Zemfira Əbdülsəmədova canlandırır.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.