Mədəniyyət

Azərbaycanda tanınmış şəxsin bankomatdan pulunu çıxarıb mənimsədilər - VİDEO

18 İyun 2023 10:24
Baxış: 2 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü, tanınmış kino xadimi Əsəd Əsədova qarşı dələduzluq edilib.

Milli.Az Xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə iyunun 10-u saat 14.00 radələrində Nəsimi rayonu ərazisində baş verib.

Bnunla bağlı "Xəzər Xəbər"ə 7 ildir xərçəng xəstəliyindən əziyyət çəkən Əsəd Əsədovun həıyat yoldaşı İradə Əsədova məlumat verib.

İradə xanım deyir ki, həyat yoldaşı iki aydır prezident təqüdü alır:

Əsədova deyir ki, bankomatın qarşısındakı şəxs karta baxıb və deyib ki, bankomatda pul yoxdur. Amma balansınızda vəsait var:

İradə Əsədova hadisədəın sonra evə gəlib və dərhal 102 xidmətinə məlumat verib. Bundan sonra ailə Beynəlxalq Banka da müraciət edib. Bank ailənin şikayətinə "bizlik deyil" deyə cavab verib.

Hazırda dələduzluq edən şəxsin kimliyi polis tərəfindən araşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.