Mədəniyyət

“Azərbaycan kinematoqrafçıları” kitabı işıq üzü gördü

14 May 2010 21:17
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kitabda ömrünün yarıdan çoxunu Azərbaycan kinosunun təşəkkül tapmasına və inkişafına həsr edən kinorejissor və kinoaktyor Ağarza Quliyev, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Almaszadə, kinooperator və ssenarist Muxtar Dadaşov, xalq artisti Lütfəli Abdullayev, kinorejissor Arif Babayev, bəstəkar Emin Sabitoğlu, xalq artisti Həsənağa Turabov və başqaları haqqında olan fikirlər bu şəxslərin həyata və yaradıcılıqlarına diqqət çəkməklə, onların yaradıcılıq yollarının öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Kitabın sonunda toplanan filmoqrafiya və Azərbaycan filmlərinin bir çoxunu özündə birləşdirən illüstrasiyalar Azərbaycan kinosunun tarixindən məlumat verib. Kitabın ərsəyə gəlməsində kinoşünas Aydın Kazımzadə ilə yanaşı, buraxılışa məsul əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev, redaktor Şəhla Bürcəliyeva və digərlərinin adını da qeyd etmək olar.

/SİA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.