Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında premyera gerçəkləşdi

15 Dekabr 2022 17:08
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrında premyera gerçəkləşdi. Yaradıcı heyət dahi Üzeyir Hacıbəyova müraciət edib. Respublikanın Əməkdar artisti Namis Şirməmmədov Üzeyir Hacıbəyovun məşhur "O olmasın,bu olsun" iki hissəli operettasına quruluş verib. Quruluşçu rəssam Elşən Sərxanoğludur.

Tamaşadan öncə teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov qonaqları salamladı,hər premyeranın bir bayram ovqatı yaşatdığını dedi və bu əsərin Sumqayıt teatrı səhnəsinə gəlməyi zərurətindən danışdı. Teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmov Üzeyir dühasından, onun bütün janrlarda qələmə aldığı əsərlərin hər zaman üçün aktuallığından və obrazlarının xarakter zənginliyindən danışdı. Quruluşçu rejissor ,Əməkdar artist Namis Şirməmmədov Üzeyir əsərlərinə yanaşmanın böyük məsuliyyət olduğunu bildirdi və hər kəsi tamaşaya baxmağa dəvət etdi.

Tamaşa alqışlarla qarşılandı. Filmdən hər kəsin tanıdığı personajlar Sumqayıtlı aktyorların oyun tərzində və yeni rejissor yozumunda maraq doğurdu. İlahə Səfərovanın, Yalçın Səlimovun, Rövşən Əsgərovun improvizələri yerinə düşdü. Mizanların dəqiqliyi, hərəkətlə sözün sinxronluğu, komik situasiyaların musiqi ilə həmahəngliyi, bədii tərtibatın traktovkada oynaması, məkan-dekorasiya dəyişdikdə dövrə uyğun geyimli xidmət personallarının səhnə maşinistlərini əvəz etməsi quruluşçu rejissor tərəfindən yüksək səviyyədə işlənilib, öz həllini tapıb.

Qeyd edək ki, obrazları Əməkdar artist İlahə Səfərova, aktyorlar Habil Xanlarov, Şəhla Məmmədova, Elay Xasıyev, İlham Səfərli, Yalçın Səlimov, Dağlar Rüstəmov, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Elmir Mehdiyev, Cavanşir Eyyubzadə, Ramazan Xanlarov, İlqar İbrahimov, Füzuli Qərənlizadə, Etibar Əmirov, Orxan Firudinov və başqaları canlandırırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.