“Arif getdi, bütün ruzi-bərəkəti də apardı”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir evdə 3 ailə yaşayırıq. Qızım və oğlumun ailəsi, 4 nəvəm və mən. Köhnə "xruşşovka" binadır, 3 otaqlı evdir. Özüm də xəstə adamam, ev çox balacadır. 7 ildir ki, qaraciyər sirrozundan əziyyət çəkirəm. Çox çətin vəziyyət yaranıb. Ölkə başçısından, aidiyyatı qurumlardan xahiş edirəm ki, vəziyyətimizi nəzərə alıb, bizə kömək etsin. Heç olmasa 1 otaqlı ev versəydilər, bu bizim ailə üçün böyük kömək ola bilərdi".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyeva deyib. O daha sonra əlavə edib.
"Bir insan var, Arifə görə ayda bir dəfə dərmanlarımı almaqda köməklik göstərir. Çünki dərmanlar çox bahadır. Allah onun köməyi olsun. Arif özü həyatda olmasa da, adı mənə bu gün də köməkdir. Hərdən bir sistem vurdurmaq üçün tibb bacısı gəlir, o da puldur. Bir analizi vermək üçün 130 manat pul xərcləməliyəm. Arif Prezident təqaüdü alırdı, yaşayışımız yaxşı idi. Bundan əlavə fəxri ada görə də müəyyən qədər məvacib alırdı. Birtəhər dolanırdıq, həyat öz axarı ilə gedirdi. Hər şeyi Arif edirdi, qabağa o düşürdü. İndi bütün yük boynumdadır, mənim üçün onsuz çox çətindir. Arif getdi, ailənin bütün ruzi-bərəkətini də özü ilə apardı. Vallah hələ də onun ölümünə inanmıram. Nəinki mən, Arifin ölümünə ailəmizdə heç kim inanmır. Nəvələrim divanda əyləşən kimi, elə bilirlər ki, babası bu dəqiqə gəlib yanlarında oturacaq" deyə sənətkarın ömür gün yoldaşı deyib.
Gülzar Quliyeva həyat yoldaşı ilə bağlı xoş xatirələrini də bizimlə bölüşüb.
"Mən bir neçə ildir ki, ağır xəstəyəm. Amma Arifin heç bir xəstəliyi yox idi, sağlam adam idi. Bəlkə də mən öləcəkdim, Arif məni qabaqladı. Hər şey bir anın içində baş verdi. Xəstəxanaya da deyə-deyə, gülə-gülə getdi. Heç vaxt inanmazdıq ki, müalicə almaq üçün gedəcəyi xəstəxanadan bir daha geri qayıtmayacaq. O məni heç vaxt işləməyə qoymayıb. Buna ehtiyac da olmayıb. Biz 43 ildən artıq birlikdə yaşadıq. Bir-birimizi hər zaman başa düşmüşük. Başa düşmüşəm ki, aktyordur, evə gec də gələ bilər, tez də. Bunların heç birini söz etməmişəm. Evdə çox ciddi insan idi, səhnədə tam başqa. O qədər qayğıkeş həyat yoldaşı, ata və baba idi ki. İşlərinin nə qədər çox olmasına baxmayaraq ailəsinin bütün üzvlərinə vaxt ayırırdı. Nəvələr onunla nəfəs alırdı. İndi nəvələrinin gözü hər yerdə onu axtarır" deyə Gülzar Quliyeva deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq





