Hadisə, Kriminal

Almaniyada yaşayan azərbaycanlı həkim yoxa çıxdı - FOTO

1 Noyabr 2021 19:36
0 Şərh     Baxış: 3 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada yaşayan azərbaycanlı həkim itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a Almaniyada yaşayan azərbaycanlılar məlumat verib. 

Onların sözlərinə görə, Bavariya vilayətinin Lohr-am-main şəhərində yaşayan Toğrul Cəfərlidən 3 gündür xəbər yoxdur. 

Onun həmin şəhərdə psixoloji xəstəxanada həkim işlədiyi bildirilir.

Qeyd olunur ki, T. Cəfərli həmin xəstəxanada son vaxtlar gecə növbəsində işlədiyi üçün səhhətində müəyyən problemlər yaranıb və depressiyadan əziyyət çəkib.

Hazırda şəhərin kriminal polisi işi ciddi nəzarətə götürüb və axtarışalra davam edir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.