Kriminal

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıldı

23 Dekabr 2019 16:09
0 Şərh     Baxış: 916
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncəli kənd sakini M.Manafov saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncəli kənd sakini M.Manafov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi "Mercedes" markalı avtomobildən isə 449 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.