Kriminal

İran gənclərimizi zəhərləməkdə davam edir... - VİDEO

6 Avqust 2023 13:31
Baxış: 1 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrandan ölkəmizə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə ifşa edilib

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən əməliyyat nəticəsində 36 yaşlı Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanlar 33 yaşlı Yusif Hüseynov və 38 yaşlı Ramid Abdullayev saxlanıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla umumilikdə 73 kq. narkotik vasitə ve psixotrop maddə, həmçinin 1500 ədəd həb aşkarlanıb.

Saxlanılan şəxslərin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.