Kriminal

Bakıda mağaza və restoranda oğurluq edən 2 qadın tutuldu

22 Noyabr 2025 15:10
Baxış: 90
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.

Milli.Az xəbər verir ki, günorta saatlarında naməlum şəxslər şəhər sakini mağazalardan birində alış-veriş edərkən onun çantasından içərisində 600 manat olan pul kisəsini oğurlayıblar.

Eyni zamanda, naməlum şəxslər digər zərərçəkmişin restoranların birində masanın üzərinə qoyduğu əl çantasından 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını götürüblər.

Bu barədə polis orqanına müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən olunaraq saxlanılıb.

Hər üç fakt üzrə araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.