Ölkə

Həkimdən xəbardarlıq: Hazırkı durum üçüncü dalğanın pik həddidir - VİDEO

22 Aprel 2021 11:39
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

May ayında ictimai nəqliyyatın fəaliyyətinə qoyulacaq qadağa koronavirusa yoluxma sayına öz təsirini göstərəcək. Bu qadağa effektini tətbiq olunduqdan 15-20 gün sonra göstərəcək.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim İmran Mirizadə deyib. O bildirib ki, gündəlik yoluxma sayının 2000-3000 civarında olmasını müsbət dinamika kimi dəyərləndirmək olar:

"Hazırkı durumu üçüncü dalğanın pik həddi adlandırmaq olar. Ümid edirəm ki, bundan sonrakı rəqəmlər azalmağa doğru gedəcək. Bu dalğada rəqəmlərin belə stabil qalması tətbiq olunan qadağaların nəticəsidir".

Peyvəndlənmə prosesi barədə də danışan həkim qeyd edib ki, bəzi insanlar peyvənd olunmaqdan hansısa səbəblərə görə yayınırlar:

"Bəzi vətəndaşların peyvəndə qarşı hələ də fobiyası var. Mən özüm reanimasiyada yatan xəstələrin müalicəsi ilə məşğul oluram. Onlardan ilk soruşduğum məsələ peyvənd olunub-olunmamasıdır. Əksəriyyəti 60 yaşdan yuxarı insanlar olmasına baxmayaraq, onlar peyvəndlərlə bağlı şaiyələrə inanaraq peyvənd olunmaqdan imtina ediblər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.