Ölkə

Sumqayıtın mərkəzi küçəsinə Polad Həşimovun adı verildi - FOTO

13 Fevral 2021 17:35
Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

Milli.Az bildirir ki, bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb. 

Generalın adını daşıyan küçə şəhərin mərkəzi küçələrindən biridir.

Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.