Ölkə

“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib

6 Avqust 2020 15:37
Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Aeroflot" aviaşirkəti avqustun 31-dək Bakıya müntəzəm reyslərin bir hissəsinin məcburi ləğvi barədə elan verib.

Milli.Az xəbər verir ki, Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bundan başqa, avqustun 31-dək Aktau, Aktobe, Alikante, Almatı, Amsterdam, Dublin, Düsseldorf, Yerevan, Kişinyov, Şımkent və bir sıra digər istiqamətlərə də uçuşlar həyata keçirilməyəcək.

Məlumata əsasən, beynəlxalq reyslərin proqramında dəyişikliklər təyinat ölkələrində mövcud epidemioloji vəziyyətlər nəzərə alınmaqla edilib.

Şirkət bildirib ki, mayın 1-dən sonra ləğv olunan reyslərə bilet alan sərnişinlərə ödədikləri məbləğ geri qaytarılacaq. Mayın 1-dək bilet almış sərnişinlər vauçer rəsmiləşdirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.