Ölkə

Kamran Əliyev: Polisin qanuni tələblərinə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilər

12 İyun 2020 18:09
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sərt karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, polisin qanuni tələblərinə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilər:

"Əgər şəxs başqa adama virus yoluxdurarsa və bu təstiqlənərsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir. Karantin qaydalarlnı pozan şəxs əgər polisə müqavimət göstərirsə, qanunu tələblərinə uyğun olaraq həmin şəxs yaxınlıqdakı pols bölməsinə aparılır. Həmin bölmədə qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory