Ölkə

Azərbaycana gələnlərin sayı 64 faizə yaxın azalıb - KORONAVİRUSA GÖRƏ

13 Aprel 2020 17:36
0 Şərh     Baxış: 1 348
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Təəssüflər olsun ki, koronavirus epidemiyası turizm sahəsi üzrə rəqəmlərə də təsir edib. Mart ayında Azərbaycana gələnlərin sayında 64 faizə yaxın azalma müşahidə edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, martda Azərbaycana 93 min nəfər gəlib:

"Bu isə 153 min daha az turistin gəlməsi deməkdir. Nəzərə alaq ki, martın müəyyən bir dövründə sərhədlər açıq idi və gediş-gəlişə maneələr yox idi. Aprel ayında biz bu göstəricinin daha da azalaraq sıfıra enəcəyini gözləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.