Ölkə

Bakı sakinindən narkotik vasitələr götürülüb

10 Aprel 2020 22:11
0 Şərh     Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini N.Əmircanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və ""Reck Perfecta" markalı qaz tapançası aşkar ediliərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.