Ölkə

Bakıda tramvay xətləri bərpa edilir - Biləcəridən Pirşağı tərəfə, həm də Əhmədli, Nasoslu...

17 Dekabr 2019 12:14
3 Şərh     Baxış: 4 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, C.Qurbanov mətbuat konfransında bildirib ki, Bakıda tramvay xəttlərinin bərpa edilməsi bir az çətindir:

"Vaxtında Bakıda tramvay xətlərini söküblər. Onun yerinə xətlər tikmək bir az çətindir. Ancaq bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Baxaq, görək nə olar. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə, həm də Əhmədli, Nasoslu, Maştağa tərəfə xətlər çəkilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.