Ölkə

Məşhur mebel şirkəti qüsurlu mebel satıb - RƏSMİ

4 Aprel 2025 17:45
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən mebel istehsalı ilə məşğul olan "Embawood" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Milli.Az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qüsurlu malın geri qaytarılmasından imtina edib və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib, bununla da, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci bəndinə (Satılmış malların dəyişdirilməsi və yaxud geri qaytarılması qaydalarının pozulması) və 447.0.9-cu bəndinə (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) xətalar törədib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.