Ölkə

Yeganə Nuruyevaya VƏZİFƏ VERİLDİ

24 Mart 2025 12:40
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.

O, bundan əvvəl də - 2024-cü ilin fevral ayına qədər "Azərizolit"ə rəhbərlik edib.

Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. "ASK İzolit" 2018-ci ildə Mingəçevir şəhərində yerləşən "Azərelektroizolit" zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.