Dünya

Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək

31 Mart 2025 13:38
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ölkəsi ilə bağlı son çıxışına münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xamenei bildirib ki, Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək.

"Onlar (ABŞ və İsrail) bizi hədələyirlər. Əgər onlar hər hansı bir pis niyyətlə hərəkət etsələr - bu çox da mümkün deyil - şübhəsiz ki, güclü və qarşılıqlı zərbə alacaqlar", - Xamenei qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın misli görünməmiş bombardmana məruz qalacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.