Ölkə

"TIR" aşdı - Ələt-Astara yolunda hərəkət çətinləşdi - - FOTOlar

31 Mart 2025 13:36
Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ələt-Astara magistralında ağır tonajlı yük avtomobili aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında qeydə alınıb.

Dağıstan Respublikasına aid olan "TIR" markalı yük avtomobili Astara istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

Polis əməkdaşları tərəfindən sürücülərin alternativ yolla hərəkəti istiqamətləndirilir.

Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırdı.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.