18:00
Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Peni, iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
O, həmçinin növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən, habelə 5 il siyasətlə məşğul olmaqdan məhrum edilib.
14:58
Fransa məhkəməsi ifrat sağçı lider "Milli Birlik" partiyasının lideri Marin Le Peni Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa məhkəməsi məlumat yayıb.
Məhkəmə Le Penin Avropa Parlamentinin 3 milyon avrodan (3,3 milyon dollar) çox vəsaiti özünün "Milli Birlik" partiyasının üzvlərinə ödəmək üçün istifadə etdiyinə qərar verib.
Qərar Le Peni 2027-ci il prezident seçkilərindən kənarlaşdıra bilər.
Milli.Az