Ölkə

Bu qurum avtomobillərini "su qiymətinə" satışa çıxardı - SİYAHI - FOTO

22 Noyabr 2024 14:40
Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) balansında olan 12 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Hərrac dekabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.