Ölkə

Azərbaycanda BİABIRÇI HADİSƏ - Müəllim dərsə gecikən şagirdə döşəmə sildirdi - FOTO

6 Mart 2023 12:11
Baxış: 3 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində biabırçı hadisə yaşanıb. 

Manset.az-ın məlumatına görə, iddia olunur ki, Mehdiabadda 4 saylı tam orta məktəbdə dərsə gecikən şagirdə müəllim məktəbin döşəməsini sildirib.

Sonra şagirdin bacısı daha sensasiyalı iddia ilə çıxış edib:

"Müəllim bildirib ki, qardaşım növbəti dəfə dərsə geciksə, ona məktəbin sanitar qovuşağını sildirəcək."

Bu barədə sosial şəbəkədə ictimai fəal Elyar İslamoğlu məlumat verib. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Manset.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.