Ölkə

Dənizə çıxışı məhdudlaşdıran hasar söküldü - FOTO

27 Fevral 2023 15:05
Baxış: 3 159
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizkənarı ərazidə növbəti qanunsuz tikilinin qarşısını alıb.

Milli.Az xəbər verir ki, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizəkənarı ərazinin qanunsuz olaraq hasarlandığı faktı aşkarlanıb.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentlyinin inspektoru Müşfiq Hacıyev bildirib ki, problemin aradan qaldırılması üçün ərazidə qanunsuz inşa olunmuş tikilinin söküntü işləri aparılır:

"Bura mühafizə zonası hesab edilir. Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda Qaradağ Rayon İcra hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb. Belə hallara tez-tez rast gəlinsə də tərəfimizdən keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər dayandırılır. Qeyd edim ki, bu Qaradağ rayonu ərazisində sökülən ilk dənizkənarı qanunsuz tikilidir".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.