Ölkə

Köhnə binalardan mənzil alanların sayı artıb - VİDEO

14 Noyabr 2022 16:32
Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Köhnə binalardan mənzil almağa maraq artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, paytaxtın mərkəzi hissəsində istismar müddəti başa çatmış 2,3,5 və 9 mərtəbəli binaların mərhələli şəkildə sökülməsi məsələsi gündəmə gəldikdən sonra bu tip binalardan ev alanların sayı çoxalıb.

Rieltor Həşim Qədirovun sözlərinə görə, son aylar yeni binalardan ev almaq istəyənlərin sayı azalıb. İnsanlar 60-80 min manat civarında köhnə binalardan ev almağa üstünlük verirlər ki, bunun da səbəbi bəllidir.

Ekspertlər bildirirlər ki, bazarda müşahidə edilən tendensiya səbəbindən köhnə binalarda mənzillər bahalaşır.

Mütəxəssislər bu qənaətdədirlər ki, köhnə binaların sökülməsi tikinti materialları bazarına da müsbət təsir göstərəcək. Çünki köhnə binaların yerində yeniləri inşa edilərkən tələb edilən materialların müəyyən hissəsi yerli bazardan alınır ki, bu da iqtisadi cəhətdən müsbət amildir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.