Ölkə

Onlayn narkotik satan şəxs həbs olunub - FOTO

7 Aprel 2022 19:36
0 Şərh     Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.

Bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.

Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.
Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.