Ölkə

Maşınını saxladığı yeri xatırlamadı, polisə qaçırıldığını dedi

24 Dekabr 2021 17:54
0 Şərh     Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə avtomobilinin yerini xatırlamayan sərxoş sürücü polisə maşının qaçırıldığı barədə məlumat verib.

Milli.Az xəbər verir ki, şəhər sakini Ş.Məmmədov dekabrın 23-də "102"yə zəng edərək ona məxsus "VAZ-2106" markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə avtomobil şəhər ərazisində aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaş özü bir gün əvvəl sərxoş olduğu üçün avtomobili yeyib- içdiyi kafenin qarşısında saxlayıb. Səhər oyanan zaman isə yeri xatırlamadığından avtomobilin qaçırıldığını zənn edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.