Ölkə

Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı

3 Dekabr 2021 17:42
0 Şərh     Baxış: 1 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər dənizində, "Qərbi Azəri" platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

Milli.Az bildirir ki, insan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb. 

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub. 

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.