Ermənistan

Ermənistanda QARŞIDURMA - Müdafiə naziri Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə TOQQUŞUR

5 Oktyabr 2021 14:12
0 Şərh     Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda II Qarabağ Müharibəsindəki məğlubiyyətə görə daxili çəkişmə güclənir.

Silah satışı və digər ittihamlarla əlaqədar cinayət işləri çərçivəsində artıq yüksək vəzifələr tutmuş 4 nəfər həbs edilib. Keçmiş müdafiə naziri Davit Tonoyan, silah tədarükçüsü Davit Qalstyan, keçmiş aviasiya rəisi Avetik Muradyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu işə görə müdafiə naziri Arşak Karapetyanla Milli Təhlükəsizlik idmətinin direktoru Armen Abazyan arasında ciddi münaqişə yaranıb.

Məlumata görə, A.Karapetyan belə bir böyük səs-küyə və Müdafiə Nazirliyinin hazırkı və keçmiş yüksək rütbəli məmurlarının həbsinə qarşıdır.

"Qraparak" yazır ki, bu iş çərçivəsində kəşfiyyatçıların adları da çəkilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.