Dünya

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea yenidən püskürdü

23 Noyabr 2025 14:38
Baxış: 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havay adalarında yerləşən Kilauea vulkanı yenidən fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, ABŞ Geologiya Xidməti yayımladığı açıqlamada vulkanın püskürdüyünü təsdiqləyib.

Məlumata görə, vulkandan axan lava hələlik yaşayış məntəqələri üçün təhlükə yaratmır. Kilauea adanın və dünyanın ən aktiv vulkanlarından biri hesab olunur. Bu il avqustun 24-də də vulkan püskürmüşdü.

Qeyd edilir ki, 2024-cü ilin dekabrından indiyədək Kilauea 35 dəfə püskürmə fəaliyyəti göstərib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.