Ermənistan

Bu kənd də Bakının nəzarətinə keçəcək - Erməni hərbi ekspert

1 İyun 2021 13:54
Baxış: 1 755
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kərkidən sonra Ermənistan tərəfi strateji əhəmiyyət kəsb edən Arazdəyər (ermənilər "Yerasxavan" deyir) kəndini də Azərbaycanın nəzarətinə verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "İcmal" verilişinin efirində erməni hərbi ekspert Artur Yegiazaryan bildirib.

"Hazırda Kərkinin Bakının nəzarətinə verilməsi üzrə işlərin görüldüyü bildirilir. Bundan sonra isə Yerasxavan (Arazdəyər) kəndi Azərbaycana təhvil veriləcəkdir. Qeyd edim ki, bu kənd Azərbaycan üçün strateji coğrafi əhəmiyyətə malikdir. Azərbaycanın əsas istəyi bu torpaqlarda azərbaycanlıların yaşamasıdır", - deyə erməni ekspert bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.