Maraqlı

Etiketlərin yapışqan izini dərhal yox edən üsul açıqlandı

24 Noyabr 2025 07:07
Baxış: 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər qab, qazan, plastik konteyner və ya elektron məhsulların üzərində qalan yapı ilə tətbiq olunan bu üsullar həm qənaətcil, həm də səthə zərər verməməsi ilə böyük maraq görür.

Milli.Az xəbər verir ki, etiketlərdə istifadə olunan yapışqanlar polimer əsaslı qətranlardan hazırlanır və suya, nəmə, istiyə, sürtünməyə yüksək davamlıdır. Buna görə etiket çıxarıldıqda belə səthdə mat və yapışqan bir təbəqə qalır. Bir çox insan yuyucu toz, aseton və digər güclü kimyəvi məhsullara müraciət etsə də, bu maddələr uzun müddətdə səthdə: cızıqlar, matlaşma, rəng solması kimi zərərlərə səbəb ola bilər. Buna görə səthə zərər verməyən təbii həllər daha çox tövsiyə olunur.

 Bitki yağı ilə sürətli təmizləmə

Bitki yağları yapışqan qətranı yumşaltmaq üçün ən təhlükəsiz təmizləyicilərdən hesab olunur. Yağ molekulları yapışqan təbəqənin içinə nüfuz edərək onun səthə bağlanma gücünü azaldır.

Pambığın üzərinə az miqdarda günəbaxan yağı və ya zeytun yağı tökülür.

Yapışqan izinin üzərinə yumşaq şəkildə sürtülür.

20-30 saniyə gözlənilir.

Yumşalan yapışqan kağız dəsmal və ya mikrofiber bezlə təmizlənir.

Son olaraq səth şampunluı su ilə silinərək yağ qalığı tamamilə çıxarılır.

 İsti su + soda ilə hazırlanan təbii məcun

Soda yapışqan qalıqlarını səthə zərər vermədən çıxaran ən effektli təbii maddələrdən biridir. İsti su ilə qarışdıqda güclü təmizləyici məcun yaranır.

Bir kasa isti suya 1 xörək qaşığı soda əlavə edilir.

Qarışım məcun halına gələnədək qarışdırılır.

Məcun yapışqan izinin üzərinə tam şəkildə çəkilir.

1 dəqiqə gözlədikdən sonra süngər ilə yüngülcə ovalanır.

Durulama sonrası yapışqan təbəqənin tamamilə yox olduğu görülür.

Tiner, solvent, aseton və yuyucu toz kimi güclü maddələr qalıqları çıxarsa belə, uzun müddətdə səthin matlaşması, rəng itməsi, cızılma, tənəffüs yollarında qıcıqlanma kimi zərərli təsirlər yarada bilir.

Bitki yağı və soda kimi maddələr demək olar ki, hər evdə mövcuddur və əlavə xərc tələb etmir. Mütəxəssislərə görə, bu üsulların mütəmadi tətbiqi xüsusilə mətbəx bankaları və plastik qabların təmizliyində illik xərci əhəmiyyətli dərəcədə azaldır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.