Ermənistan

İndi də erməni jurnalistlər etiraza qalxdı - informasiya çatışmazlığı hökm sürür

18 May 2021 17:03
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda jurnalistlər imza yığımına başlayırlar. 

Milli. Az "bizim.media"ya istinadən xəbər verir ki, saat 18:00-da İrəvanda terrorçu Qaregin Njdenin heykəlinin yanında başlayacaq imza toplanışı barədə jurnalistlər artıq Ermənistan hökumətinə müraciət də ünvanlayıblar.

Nikol Paşinyan, Vaqarşak Arutyunyan, Armen Abazyan, Ara Ayvazyan və Vaqe Kazaryana göndərilən müraciətdə deyilir ki, ölkədə hərtərəfli informasiya çatışmazlığı var.

Əgər KİV-i yalan məlumat yaymaqda günahlandırırsınızsa, bunun qarşısını almaq üçün hökumətdən tədbirlər görməyi tələb edirik:"Sərhədboyu zonalarda foto və video çəkilişlərə icazə verilsin.

"Hökumətin media ilə bağlı qəbul etdiyi son qərarlar ləğv olunsun. Çünki COVİD-19 ilə bağlı susmağa məcbur edilirdik. Bu qadağalar 44 günlük savaş ərzində də tətbiq olundu".  

Qeyd edək ki, mətbuatda azad söz tələb edənlər "Təhlükəsiz Ermənistan naminə jurnalistlər" təşəbbüsünün üzvləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.