Ermənistan

Ermənistanda rus dili artıq məcburi deyil?

6 Sentyabr 2024 14:43
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda 2024-2025-ci tədris ilində məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib. Hələ yayda ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi xarici dillərin tədrisinə dair bütün məktəblərə sirkulyar göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dövlət standartında rus dili hələ də birinci və məcburi öyrənilən xarici dil olaraq qalır. Lakin sirkulyarda hər şey fərqlidir: bəzi təhsil müəssisələrinin sinifləri üçün rus dili baza (məcburi) statusundan xarici (seçmə) statusuna keçib. Eyni zamanda, hər xarici dilə həftədə iki saat ayrılıb.

Yəni "rus dili" ayrıca fənn kimi yalnız 4-cü, 9-cu (həftədə üç saat), 11-ci və 12-ci siniflərdə (həftədə iki saat) qalıb. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca "Rus dili" fənni yoxdur. "Xarici dil 1" və "Xarici dil 2" var.

Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi "Sputnik Ermənistan"ın sorğusuna cavabında təsdiq edib ki, nazirin 27 iyul 2023-cü il tarixli əmrinə əsasən, 2, 3, 5, 6, 7, 8, 10-cu siniflərdə tədris prosesi ümumtəhsil dövlət standartlarına uyğun olaraq, fənlərə və proqramlara yeni tələblər əsasında təşkil olunur.

"Müvafiq olaraq, məktəb öz tədris planını özü hazırlayır", - deyə cavabda bildirilib.

Nazirlik izah edib ki, dövlət standartının norma və müddəaları Ermənistanın ümumtəhsil müəssisələrinin səlahiyyətli orqanları üçün məcburidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.