Ölkə

Bıçaqlanaraq öldürülən 15 yaşlı yeniyetmənin FOTOsu

18 Noyabr 2025 22:39
Baxış: 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən axşam Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində 2010-cu il təvəllüdlü H.Mirzəyevin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Milli.Az xəbər verir ki, 15 yaşlı H.Mirzəyev iki dostu ilə birgə 52 nömrəli məktəbin yaxınlığında yerləşən binanın söhbətgahında əyləşib.

Ölən şəxsin yaxınlarının verdiyi məlumata görə, Ə.Novruzlu H.Mirzəyevin tanışı olub. Ə.Novruzlu bıçaqla onlarla zarafat edib. Həmin vaxt H.Mirzəyev onun əməlinə etiraz edib. Lakin Ə.Novruzlu bıçağı H.Mirzəyevin ayağına batırıb. Bu zaman bıçaq onun damarına tuş gəlib.

Bunu görən Ə.Novruzlu və iki tanışı ərazidən uzaqlaşıb. Binada yaşayanlar dərhal təcili yardım çağırıb, lakin H.Mirzəyev çoxlu qan itirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.  (teleqraf)

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.