Ermənistan

Bu ölkə Ermənistanda diplomatik nümayəndəlik açacaq

7 Mart 2024 17:37
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kipr Ermənistan paytaxtı İrəvan şəhərində diplomatik nümayəndəlik açacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Qeyd edək ki, dünən Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistana iki günlük rəsmi səfərə gedib.

Bu gün Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutub. Tərəflər ölkələrarası münasibətləri və regional məsələləri müzakirə edib.

Xatırladaq ki, bundan əvvəl Fransa və Yunanıstan müdafiə nazirləri Ermənistana səfər edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.