Ermənistan

İrəvan hava limanında sərnişinin çantasından bir milyon dollar çıxdı - FOTO

16 Dekabr 2023 11:12
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda külli miqdarda pulun respublika sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi faktı müəyyən edilib.

Milli.Az oxu.az-a istinadən xənər verir ki, ölkə mediasının xəbərinə görə, bu barədə Respublika Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, qurumun və Qərb Gömrük İdarəsinin əməkdaşları Zvartnots hava limanının sərnişin kompleksinin gömrük nəzarəti zonasında Milan reysi ilə ölkəyə gələn Ermənistan və Rusiya vətəndaşı V.A-ya məxsus baqaja baxış keçirib.

Gömrük nəzarəti nəticəsində şəxsi əşyalarla yanaşı, bəyan edilməmiş bir milyon ABŞ dolları məbləğində nağd pul aşkar edilib.
Faktla bağlı protokol tərtib edilib. Sənəd digər  materiallarla birlikdə Ermənistanın İstintaq Komitəsinə göndərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.