Ermənistan

Ermənistanda keçmiş məmurların arvadları istintaqa cəlb edildi

29 Noyabr 2023 11:50
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda keçmiş məmurların həyat yoldaşları ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.

Məlumata görə, qadınların əksəriyyəti uşaq bağçalarının direktorlarıdır. Onların adları yaxın vaxtlarda açıqlanacaq. Qəzet yazır ki, onlar uşaq bağçalarında mənimsəmələrlə bağlı aparılan istintaq çərçivəsində dindiriləcəklər.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan MTX uşaq bağçalarını qidalandırmaqdan qazanc əldə edən cinayətkar dəstənin üstünü açdığını bəyan edib.

İş materiallarına görə, uşaq bağçalarının ərzaqla təmin edilməsi üzrə tenderdə qalib gələn iki şirkət sənədləri saxtalaşdıraraq məktəbəqədər uşaq müəssisələrinin müdirlərinin köməkliyi ilə ərzaq təchizatı üçün ayrılan pulları mənimsəyiblər. Evlərdə və ofislərdə aparılan axtarışlar zamanı 22 milyon dram (55 min dollar) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər aşkar edilib. Beş nəfər həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.