Ermənistan

Ermənistan KTMT sammitinə qatılmaqdan imtina etdi

24 Noyabr 2025 19:25
Baxış: 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Ermənistan sammitdə iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.

O, Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan liderlərinin sammitdə iştirak edəcəyini açıqlayıb.

Kreml rəsmisi qeyd edib ki, KTMT sammitinin yekun bəyannaməsində beynəlxalq və regional gündəmdəki əsas məsələlərə ümumi yanaşmalar əks olunacaq.

Qeyd olunub ki, Putin ənənəvi olaraq Bişkekə səfərini başa vuraraq mətbuatın qarşısına çıxacaq. (APA)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.