Ermənistan

Paşinyan pullarını kəsdi: “Artsax”ın “nazir”ləri ağır durumda

27 Oktyabr 2023 13:14
Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qondarma "Artsax"ın bir qrup "siyasi və hərbi xadimi" ciddi sosial problemlərlə üzləşib. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb. 

Qəzet yazır ki, hazırda özünü buraxmış separatçı qurumun "deputatları", "nazirləri" və faktiki olaraq öz "vəzifə və statuslarını" saxlayan bütün "məmurlar" maaşlarını almayıblar. 

Nəşrin məlumatına görə, Baş nazir Nikol Paşinyan maaş verməkdən imtina edir və qondarma rejimin "dövlət qurumlarına" ayrılacaq büdcəni dondurub:

"Bir tərəfdən, "Artsaxın dövlət institutlarının" ləğv edilməməsi ilə bağlı siyasi amil, digər tərəfdən isə Ermənistan hakimiyyətindən kifayət qədər dövlət dəstəyinin olmaması onları  çətin vəziyyətdə qoyub.

Hazırda "Artsax xalqı" Ermənistanda iş tapa bilmir. Onlar "Artsaxın dövlət qurumlarının" saxlanmasında iddiaçı deyillər, amma dövlətin verdiyi pul ev kirayəsi və sadə yaşayış üçün kifayət etmir. Hətta bəzi dövlət sistemlərində, xüsusən də polisdə Qarabağ ermənilərinin işə götürülməməsinin rəsmi izahatlarından biri onların Ermənistan vətəndaşı olmamasıdır. Baxmayaraq ki, "Artsax"dan olan hər kəsin mavi pasportu var və yeganə fərq bu adamların qeydiyyat yeridir". 

Erməni KİV iddia edib ki, Paşinyanın hikkəsi üzündən sosial yardım almaqdan məhrum olan bu adamların çoxu ağır vəziyyətdə yaşayır. Qarabağdakı evlərini könüllü tərk edib Ermənistana üz tutsalar da Paşinyan iqtidarı onlarla soyuq davranır. üzləşdikləri problemləri həll etməyə maraq göstərmir. İndi onların çoxu yararsız yataqxanalarda, şəraitsiz inzibati binalarda və yaxın qohumlarının mənzillərində məskunlaşıb. Hətta bəziləri İrəvanın yaxınlığındakı kəndlərdə ucuz mənzillər kirayələyərək, hadisələrin sonunu gözləyirlər. Heç bir səbəb olmadan Azərbaycanı tərk etdikləri üçün peşman olanların sayı isə sürətlə artır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.