Ermənistan

Rusiyalı generallar İrəvana niyə gəlib?

8 Dekabr 2021 20:42
0 Şərh     Baxış: 2 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsi Erebuni hərbi hava limanına eniş edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb. Həmin təyyarə ilə İrəvana gələn Rusiya komissiyasının nümayəndələri bu həftə başlanacaq demarkasiya və delimitasiya prosesində iştirak edəcəklər. Həmçinin məqalədə qeyd olunur ki, demarkasiya komissiyasında Ermənistanı kimin təmsil edəcəyi hələlik məlum deyil. Komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun rəhbərlik edəcəyi güman edilir.

Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr üzrə baş idarəsinin rəisi Gevorq Altunyan bu mesajı şərh etməyib və Müdafiə Nazirliyinin funksiyalarının 90 faizinin məxfi olduğunu deyib.

Lakin digər mənbə - "Sputnik Ermənistan" yazır ki, əslində hərbçilər xidməti-məişət məsələlərinin müzakirəsi üçün İrəvana gəliblər. Nümayəndə heyətinin səfərinin delimitasiya və demarkasiya məsələləri ilə heç bir əlaqəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.