Ermənistan

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

6 Dekabr 2025 18:28
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evlə təmin olunması qaydalarında dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazir bildirir ki, Qarabağdan köçən ailələrin mənzillə təmin olunmasına dövlət yardımı proqramı çərçivəsində arayış almaq üçün ərizə blankında məcburi ailə tərkibinə dəyişiklik edilib.

Məlumata görə, artıq 18 yaşına çatmış və ərizə ilə müraciət etmiş şəxslər birmənalı şəkildə ayrı ailə üzvü kimi qəbul olunmayacaq. Eyni ailənin tərkibində qəbul ediləcəklər.

Qeyd edək ki, son zamanlarda Qarabağ erməniləri üçün nəzərdə tutulan sosial paketlərin həyata keçirilməsi ilə bağlı narazılıqlar artıq. Hökumətin bəzi qayda və tələbləri tədricən sərtləşdirdiyi bildirilir.

Məlumata görə, ölkə daxilində də sözügedən şəxslərə normal münasibət göstərilmir, həmçinin sosial ehtiyacları lazımi səviyyədə təmin olunmur. Hətta bəzilə təqiblərə məruz qaldıqlarını iddia edirlər. (Globalinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.