Siyasət

"Azərbaycan sülhə məcburetmə əməliyyatı keçirib. İndi söz onlarındır..."

13 Aprel 2016 17:51
Baxış: 4 960

Sülhə məcburetmə əməliyyatı - hərb elmində belə bir anlayış var. Adətən böyük dövlətlər digərlərinə yanaşmada həddini aşaraq cığallığa yol verən kiçik dövlətləri qüvvə tətbiqi yoluyla danışıqlar masası arxasına əyləşdirib beynəlxalq normalara uyğun davranmağa məcbur etməni belə adlandırırlar. Azərbaycanın apardığı 4 günlük cavab döyüşləri, əslində, həm də bir növ sülhə məcburetmə əməliyyatı idi.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Moskvanın atdığı addımlar, Vaşinqtondan verilən reaksiyalar, ATƏT-ə dönəm sədrliyi edən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, "ciddi danışıqlara başlamağın vaxtıdır" sözləri, Avropa Birliyinin xairici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi Federika Moqerininin Dağlıq Qarabağ probleminin həllinin ləngidilməsinin yolverilməzliyi haqda söylədikləri onu göstərir ki, Azərbaycanın qüvvə tətbiqi təsirsiz ötüşməyib:

"ATƏT-in Minsk qrupuna həmsədrlik edənlər çox yox, bir azca prinsipiallıq və obyektivlik göstərsələr, münaqişə danışıqlar yoluyla çözüləsidir. Azərbaycan onların görməli olduğu işi edib. Sülhə məcburetmə əməliyyatı keçirib, özü də uğurla. İndi söz onlarındır..."

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.