"Dil siyasəti İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir"
"Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib".
Bunu Milli.Az-a açıqlamasında deputat Elnarə Akimova deyib.
E.Akimova bildirib ki, İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Yaxud 2004-cü il 14 yanvar tarixli "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabr tarixli "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib:
"Dillə bağlı çıxışlarında Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. ... biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik". Bütün bunlar göstərir ki, ölkə başçısı Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirir, dilin taleyini diqqət mərkəzində saxlayır, bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət aparır".
Deputat nəzərə çatdırıb ki, xüsusilə Azərbaycan klassiklərinin, ana dilinin saflığı uğrunda məramla çalışan yaradıcı ziyalıların irsinin qorunması və təbliği yönündə gördüyü işlər Prezidentin Azərbaycan milli ruhuna göstərdiyi ən önəmli xidmət olaraq dəyərləndirilməlidir. Millət vəkilinin sözlərinə görə, yanvarın 5-də, yerli televiziya kanallarına verdiyi müsahibə zamanı ölkə başçısının dillə bağlı etdiyi çağırışları da elə bu kontekstdə - görülən işlərin, aparılan islahatların davamı kimi anlamalıyıq:
"Bu müsahibədə də möhtərəm Prezidentimiz İlham Əliyev dil məsələsinə xüsusi toxundu. Qeyd etdi ki, Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib, milli kimliyimizin əsasında dayanıb. Bu çağırış əlbəttə ki, ana dilinə həssaslığı artırmağa xidmət edəcək, onun saflığının keşiyində daha əmin, arxayın dayanacağıq".
E.Akimova söyləyib ki, dilə qarşı müdaxilədə daha mühafizəkar olmaq lazımdır:
"Sistemli tədqiqatlar da öz yerində. Bu, onsuz da Azərbaycan alimləri tərəfindən daim aparılıb. Eyni zamanda şair və yazıçıların mətnlərində Azərbaycan dilinin incəlikləri qorunub. İndi buna daha konseptual yanaşılacaq. Çünki Prezident İlham Əliyevin hər çıxışı dillə bağlı yaxşı bir məfkurə dalğası yaradır. Bir daha sübut edir ki, dil həm bir xalqın kimliyinin qoruyucusu, həm də cəmiyyətin formalaşmasının əsas dayağıdır. Onun qorunması və inkişafı yalnız elmi və təhsil sahəsi üçün deyil, milli birliyin və dövlətin davamlılığı üçün strateji məsələdir".
Hesab edir ki, Azərbaycan dilinin qorunması həm dövlət, həm də cəmiyyət səviyyəsində aparılmalı olan mühüm və çoxşaxəli bir prosesdir. Bunu bir neçə istiqamətdə görüləcək işlərlə uğurlu şəkildə gerçəkləşdirmək olar. Bu işlərə dövlət səviyyəsində tədbirlər təşkil edilməsi, elm, texnologiya, hüquq, tibb və digər sahələrdə Azərbaycan dilinə uyğun terminlərin yaradılması və standartlaşdırılması daxil edilə bilər.
Deputatın fikrincə media və reklam nəzarəti mütləqdir. Televiziya, radio, internet və küçə reklamlarında dil normalarına riayət olunmasına ciddi nəzarət olmalıdır. Həmçinin Azərbaycan dilinin süni intellekt, mobil tətbiqlər və axtarış sistemlərində dəstəklənməsi üçün texnoloji layihələrə investisiya qoyulmalıdır.
Digər əsas yükün dillə bağlı təhsil və elm sahəsində aparılacaq işlərin üzərinə düşdüyünü deyən E.Akimova əlavə edib ki, tədris keyfiyyətinin artırılması bu gün ən vacib məsələdir:
"Azərbaycan dili və ədəbiyyatı dərslərində müasir, interaktiv tədris metodlarının tətbiqi lazımdır. Dil müəllimlərinin peşəkar inkişaf proqramları, seminar və treninqlərlə təmin olunmasına ehtiyac var. Amma ən vacib məsələ dərsliklərimizdə ana dilinə olan sevginin bitkin şəkildə olmasıdır. Daha çox öz yazıçılarımızın əsərlərinə yer verilməli, ana dilinin gözəlliklərini, incəliklərini ehtiva edən zövqlü bədii nümunələr dərsliklərdə yer almalıdır. Bu işə kortəbii yanaşmaq olmaz".
Deputat bildirib ki, dillə bağlı elmi tədqiqatlar dərinləşməlidir. Dilin tarixi, dialektləri və müasir inkişafı ilə bağlı tədqiqatlara dəstək verilməlidir.
Digər vacib məqamın, dilin düzgün işlədilməsini təşviq edən sosial kampaniyaların, televiziya verilişlərinin və sosial media layihələrinin hazırlanması olduğunu vurğulayıb. Qeyd edib kii, yazı müsabiqələri, ədəbi gecələr, gənclər üçün dil mədəniyyəti forumları təşkil olunmalıdır.
"Bütün bunlar əlbəttə ki, məişət səviyyəsində məsuliyyəti istisna etmir. Hər kəsin gündəlik ünsiyyətdə ana dilinə hörmətlə yanaşması, yad sözlərin yersiz istifadəsindən çəkinməsi önəmli məsələdir.
Martin Haydegger dili "varlıq evi" adlandırırdı. Bu, doğrudan da belədir. Xalqın, millətin varoluşunun başlıca şərti, gücü onun dilini qorumaqdır. Bütün yaradıcı resurslar məhz bu amilin yaşarılığına - dilin işığını qorumağa xidmət etməlidir ki, səsimizi və sözümüzü gələcək nəsillərə aydın eşitdirək".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
XƏBƏR LENTİ
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var





