Dünya

ABŞ Venesuela neftinin satışına başladı

8 Yanvar 2026 01:04
Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ artıq Venesuela neftini qlobal bazarda satmağa başlayıb.

Milli.Az xəbər verir ki, bu haqda ABŞ Energetika Nazirliyi məlumat yayıb.

"ABŞ hökuməti ABŞ, Venesuela və müttəfiqlərimizin xeyrinə Venesuela neftini qlobal bazarda satmağa başlayıb. Biz neft və neft məhsullarının bu satışlarını asanlaşdırmaq və maliyyə dəstəyi vermək üçün aparıcı qlobal əmtəə tədarükçülərini və əsas bankları cəlb etmişik", - bəyanatda deyilir.

Energetika Nazirliyi əlavə edib ki, neft satışından əldə olunan gəlir ABŞ-nin nəzarətində olan bank hesablarına yatırılacaq. Bundan sonra pul Vaşinqtonun mülahizəsinə əsasən Amerika və Venesuela xalqının xeyrinə bölüşdürüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.